"Qalatasaray" Fatih Terimdən sonra daha 7 nəfərlə vidalaşıb


Türkiyə "Qalatasaray"ı baş məşqçisi Fatih Terimlə yolları ayırdıqdan sonra daha 7 nəfərlə vidalaşıb.


"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 69 yaşlı mütəxəssisin köməkçiləri Necati Ateş və Selçuk İnanla əməkdaşlığa son qoyub.

Həmçinin inzibati direktor Şükrü Hanedar, idman koordinatoru Fatih İbradı, mətbuat katibi Eray Sözen, "Florya Metin Oktay" bazasının direktoru Fahri Yılmaz və onun müavini Ender Uysal vəzifələrindən azad ediliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu