ABŞ BMT nümayəndəsinə qarşı sanksiyalar tətbiq etdi


ABŞ Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albaneseyə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.



“Bu gün BMT İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albaneseyə qarşı sanksiyalar tətbiq edirəm. Onun ABŞ və İsrail rəsmilərinə, şirkətlərinə və rəhbərlərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsini hərəkətə keçirməyə yönəlmiş qanunsuz və utancverici cəhdləri buna əsas verir”, – deyə Rubio paylaşımında qeyd edib.



Dövlət katibi vurğulayıb ki, ABŞ tərəfdaşlarının özünümüdafiə hüququnu dəstəkləməyə davam edəcək. O, həmçinin bildirib ki, Vaşinqton Albanesenin ABŞ və İsrailə qarşı yönəlmiş siyasi və iqtisadi müharibəsinə dözməyəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu