ABŞ: Yeni sanksiyalar Rusiya ilə dialoq pəncərəsini bağlayacaq


ABŞ Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə Rusiya ilə dialoq aparmaq imkanını itirəcək.



AFN.az xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.



Onun sözlərinə görə, məhdudiyyətlər qüvvəyə minən kimi bu, böyük ehtimalla Rusiya ilə danışıqlar pəncərəsinin bağlanması demək olacaq: “Yəqin ki, biz onlarla atəşkəs barədə danışmaq imkanını itirəcəyik. Əgər ABŞ prezidenti Donald Tramp sanksiyalar tətbiq etsə, bu, praktiki olaraq bu məsələ ilə bağlı danışıqların yaxın gələcəkdə aparılmayacağının etirafı olacaq. Biz qarşılıqlı əlaqəni davam etdirəcəyik. Vəziyyəti dəyişdirmək və tərəfləri danışıqlar masası arxasına gətirmək imkanımız olsa, bundan istifadə edəcəyik” - deyə nəşr xarici siyasət idarəsinin rəhbərindən sitat gətirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu