Tramp Ukraynada atəşkəs əldə olunmasa, sanksiyalarla hədələyib

Ukraynada 30 günlük atəşkəs əldə olunmasa, ABŞ administrasiyası və tərəfdaşları sanksiyalar tətbiq edəcək.
AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.
O qeyd edib ki, Kiyev və Moskva ilə danışıqlar davam edir. ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton ideal olaraq 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırır.
Tramp həmçinin atəşkəsə əməl olunacağına mümid etdiyini bildirib. Amerika lideri ümid etmir ki, hər iki ölkə bu birbaşa danışıqların müqəddəsliyini qoruduğuna görə məsuliyyət daşıyacaq. “Əgər atəşkəsə əməl olunmasa, ABŞ və onun tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər”, - ABŞ prezidenti yazıb.
Tramp bildirib ki, ABŞ Avropa ilə birlikdə Rusiya və Ukrayna arasında sülhə gətirib çıxaracaq davamlı atəşkəs əldə etməyə çalışacaq.