Avropa Ukrayna üzrə alternativ danışıqlar formatı üzərində işləyir


Fransa, Almaniya və Böyük Britaniya ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən Ukrayna münaqişəsinin tənzimlənməsi prosesindən kənarda qalmaqdan ehtiyat edərək öz danışıqlar formatını yaratmağa çalışırlar.

AFN.az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, avropalı diplomatlar gələcək danışıqlarda ilk növbədə Avropa ölkələrinin mövqeyinin nəzərə alınmasını təmin edəcək model hazırlayırlar. Bu prosesdə aparıcı rolu Paris və Berlin oynayır. Londondakı yeni hökumət də müzakirələrə qoşulsa da, Vaşinqtonla münasibətləri nəzərə alaraq daha ehtiyatlı davranır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ukrayna məsələsi və Rusiya ilə münasibətlər Avropa üçün ABŞ-yə arxalanmayacaq dərəcədə böyük əhəmiyyət kəsb edir. Avropalı rəsmilər hər hansı razılaşmanın onların iştirakı olmadan əldə edilməyəcəyinə zəmanət vermək istəyirlər. Buna baxmayaraq, Avropada Rusiya ilə danışıqların məhz ABŞ-nin vasitəçiliyi ilə aparılacağını gözləyirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu