Cənubi Koreyada müdafiə zavodunda partlayış: 5 nəfər öldü


Cənubi Koreyanın Tejoni şəhərində yerləşən "Hanwha Aerospace" hərbi-sənaye şirkətinin zavodunda baş verən güclü partlayış nəticəsində azı 5 nəfər həlak olub, daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AFN.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 10:59-da qeydə alınan partlayışdan dərhal sonra əraziyə 100-dən çox yanğınsöndürən və onlarla xüsusi texnika cəlb olunub. Hadisəyə reaksiya verən ölkə Prezidenti Li Cə Myon insanların xilas edilməsi və fəsadların aradan qaldırılması üçün bütün mövcud resursların səfərbər olunması barədə təxirəsalınmaz tapşırıq verib.

İlkin araşdırmalara görə, partlayış zavodun birinci mərtəbəsində, raket mühərrikləri və taktiki silah sistemləri üçün istifadə olunan bərk yanacaq komponentlərinin təmizlənməsi zamanı baş verib. Faktla bağlı genişmiqyaslı təhqiqat başladılıb, zavodda istehsalat fəaliyyəti müvəqqəti dayandırılıb. Şirkət rəhbərliyi hadisə ilə bağlı ölkə ictiamyətindən və həlak olanların ailələrindən üzr istəyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu