Çində biotexnologiya zavodunda güclü partlayış: ölənlər var
Çinin şimalındakı Şansi əyalətində yerləşən biotexnologiya zavodunda baş verən partlayış nəticəsində 5 nəfər həlak olub.
AFN.az xəbər verir ki, bu barədə məlumatı yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" agentliyi yayıb.
Hadisə şənbə günü səhər saatlarında Şanyin qəzasında fəaliyyət göstərən "Jiapeng" biotexnologiya şirkətinin sexlərindən birində qeydə alınıb. Yerli vaxtla saat 10:38-ə olan məlumata görə, xilasedicilər dağıntılar altından 5 işçinin cəsədini çıxarıblar. Həkimlər onların hər birinin hadisə yerində öldüyünü təsdiqləyib.
Hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri yekunlaşıb və rəsmi qurumlar partlayışın başvermə səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıblar. İnsidentin zavodun istehsalat prosesindəki texniki nasazlıqdan, yoxsa təhlükəsizlik qaydalarının pozulmasından qaynaqlandığı araşdırma nəticəsində bəlli olacaq.


