Meksikada polad zavodunda baş verən partlayış nəticəsində 12 nəfər ölüb


Meksikanın mərkəzində Tlaxcala əyalətində fəaliyyət göstərən polad zavodunda baş verən partlayışda 12 nəfər həyatını itirib.



Meksika mətbuatında çıxan xəbərə görə, ştatın San Kosme Xaloztoc qəsəbəsindəki polad zavodunda partlayış olub.

Partlayış nəticəsində 12 nəfər ölüb, işçilərin bir çoxu yaralanıb, bəziləri ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.

Tlaxcala əyalətinin qubernatoru Lorena Kuellar verdiyi açıqlamada polad zavodunda qazanda partlayış baş verdiyini və hadisənin prokurorluq tərəfindən hərtərəfli araşdırıldığını bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu