Polşada silah zavodunda baş vermiş partlayışda 1 nəfər ölüb
Polşada silah fabrikində baş verən partlayış nəticəsində 1 işçi ölüb, 1 nəfər isə yaralanıb.
Silah istehsal edən şirkətlərin birləşdiyi "Polşa Armament Group"un verdiyi açıqlamaya görə, ölkənin cənubundakı Skarzysko-Kamiennadakı silah fabrikində partlayış baş verib.
Partlayış nəticəsində baş verən yanğında 59 yaşlı fəhlənin öldüyü, bir nəfərin isə yaralandığı bildirilib.
Açıqlamada raket və raketlərin yanacağının saxlandığı sexdə partlayış baş verdiyi qeyd edilərək, "Bu böyük faciədir. Hadisə ilə bağlı araşdırma aparılacaq" ifadələri işlədilib.
Açıqlamada əvvəlki yanğınların bəzilərinin təxribat xarakterli olduğu xatırladılıb.
Bildirilib ki, Ukraynaya ləvazimat sözügedən silah zavodundan verilib.
Polşanın baş naziri Donald Tusk bəyan edib ki, silah zavodunda baş verən partlayış və yanğının arxasında xarici qüvvələrin dayandığını düşünməyə əsas yoxdur.