Hindistanda fişəng fabrikində partlayış: 11 nəfər ölüb


Hindistanın Tamil Nadu ştatında fişəng fabrikindəa baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb.



Asian News International (ANI) xəbərinə görə, dünən səhər saatlarında Tamil Nadu əyalətinin Ariyalur rayonunda fişəng fabrikində partlayış baş verib.

Partlayış və sonrakı yanğında 11 nəfər ölüb, 12 nəfər yaralanıb.

Ariyalur və Perambalur yanğınsöndürənləri yanğını söndürüb, yaralılara tibbi yardım göstərilib.

Polis partlayışla bağlı araşdırmalara başlanıldığı, fabrik sahibi və müdirinin saxlanıldığı barədə məlumat paylaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu