Hindistanda fişəng fabrikində partlayış baş verdi - 10 nəfər öldü


Hindistanda fişəng fabrikində dünən baş verən partlayışda 10 nəfər ölüb, 15 nəfər yaralanıb.



Hindistan polisi partlayışın Tamil Nadu ştatında fabrikin anbarında başlayan yanğın nəticəsində baş verdiyini açıqlayıb.

Polis rəsmiləri zavodda başlayan yanğından sonra baş verən partlayışda 10 işçinin həyatını itirdiyini, 15 yaralının isə xəstəxanaya yerləşdirildiyini bildirib.

Səbəbi hələ məlum olmayan yanğın qısa zamanda nəzarətə götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu