Polşada silah zavodunda güclü partlayış baş verib


Polşanın cənubundakı "Mesko" silah zavodunda güclü partlayış baş verib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

"Mesko" silah zavodundan Ukrayna üçün də silah istehsal edilir. Burada sursatlar və zenit-raket sistemləri yığılıb Ukrayna Silahlı Qüvvələrinə verilir.

Zavod Varşavadan 120 kilometr cənubda, Skarzysko-Kamienna şəhərində yerləşir. Müəssisənin direktoru Elizabeta Sreniavska ibildirib ki, partlayış bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində baş verib. Həmin vaxt içəridə iki işçi olub. 59 yaşlı işçi həlak olub, digəri isə xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükə yoxdur. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım maşınları və polis gəlib. Partlayışdan sonra başlayan yanğın söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu