Almaniyada BASF kimya zavodunda partlayış: 14 nəfər xəsarət alıb


Almaniyanın ən böyük kimya konserni BASF-nin zavodunda partlayış baş verib. Hadisə nəticəsində azı 14 nəfər xəsarət alıb.


AFN.az xəbər verir ki, bununla bağlı "Bild" qəzeti məlumat yayıb. Nəşrin xəbərinə görə, yanğın artıq söndürülüb.

Hadisə yerli vaxtla təxminən saat 12:00-da Lüdviqshafendə BASF zavodunda baş verib. Duman buludu şəhərin, eləcə də Mannheim (Baden-Vürtemberq) üzərindən asılıb. "Bild"in məlumatına görə, ətraf mühitə nəzarət edən avtomobillər zavodun ətrafında və ondan kənarda hərəkət edir.

“Hadisə nəticəsində yanğın BASF zavodunun yanğınsöndürmə xidməti tərəfindən söndürülüb və ehtiyat tədbiri olaraq 14 işçi zavodun klinikasına yerləşdirilib. Hadisənin səbəbi hələ müəyyən edilməyib" - deyə qəzet yazır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu