Monakoda güclü partlayış baş verib - xəsarət alanlar var
Monakoda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən güclü partlayış qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə regional "Monaco-Matin" qəzeti məlumat yayıb.
Hadisə bazar ertəsi axşam saatlarında baş verib və dərhal əraziyə xilasetmə xidmətləri cəlb olunub.
AFP agentliyinin knyazlıq hökumətinə istinadən yaydığı son məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.


