Hindistanda partlayış: 8 nəfər öldü, 8 nəfər ağır yaralandı


Hindistanın paytaxtı Yeni Dehlidə partlayış baş verib. 

Yerli medianın məlumatına görə, partlayış avtomobildə baş verib. Partlayış zamanı ətraf əraziyə ciddi zərər dəyib. Hadisə nəticəsində azı 8 nəfər ölüb, 3-ü ağır olmaqla 8 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə yerinə polisfövqəladə hallar xidmətləri cəlb olunub, araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu