Kral ailəsini şoka salan ölüm xəbəri - Tomas Kinqston evində ölü tapıldı
Kral Çarlzın əmisi qızı Ledi Qabriella Kinqstonun əri Tomas Kinqstonun evində ölü tapılıb. Kinqstonun ölümü ilə bağlı heç bir şübhəli hal olmasa da, hadisə ilə bağlı araşdırma başladılıb.
Bukingem Sarayı kral Çarlzın əmisi oğlu Kent şahzadəsi Mayklın kürəkəni Tomas Kinqstonun vəfat etdiyini açıqlayıb.
45 yaşlı Kinqston bazar günü axşam Kotsvoldsdakı evində ölü tapılıb. Qısa müddətdən sonra hadisə yerinə təcili yardım çağırılıb. Ölümün səbəbini müəyyən etmək üçün araşdırma aparılacaq, lakin heç bir şübhəli hal və digər tərəfin iştirakına dair heç bir sübut yoxdur.
Xanım Qabriella qardaşı qızı İzabella Vindsordan sonra Britaniya taxt-tacında 56-cı sıradadır.