Britaniya kralı III Çarlz at belində Londondan keçəcək


Kral III Çarlz hakimiyyətinin ilk Bayraq Mərasimində at belində iştirak edəcək.


Bu barədə Daily Mail yazıb. Nəşrin məlumatında bildirilir ki, Britaniya monarxı 30 ildən artıq bir müddətdən sonra ilk dəfə olaraq hər il Londonda keçirilən banner mərasimində və Böyük Britaniya monarxının rəsmi ad günü kimi qeyd edilən “Trooping the Color” paradında at sürəcək.

Sonuncu dəfə Kraliça II Yelizaveta at belində 1986-cı ildə paradda iştirak edib.

Parad iyunun 17-də Bukingem Sarayından The Mall keçəsi ilə aşağı Londonun mərkəzindəki Whitehall parad meydançasına qədər davam edəcək və III Çarlz kral salamı ilə qarşılanacaq. Kral daha sonra Britaniya ordusunun alaylarına baxış keçirəcək.

Parada Kraliça Kamilla və kral ailəsinin başqa üzvləri də qatılacaq. Paraddan sonra Britaniya kral ailəsinin üzvləri Bukingem Sarayının eyvanından izdihamı salamlayacaq və London üzərində təyyarə uçuşlarını izləyəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu