İngiltərə kralı III Çarlzın portreti Avstraliyada ilk dəfə sikkələrin üzərində görünəcək
Avstraliya Kral Sikkəxanasının baş direktoru Leigh Qordon 1 Avstraliya dolları dəyərində sikkələrin Britaniya monarxının portretinin əks olunduğu ilk sikkələr olacağını açıqlayıb.
Qordon Milad tarixinə qədər təqribən 10 milyon sikkənin dövriyyədə olacağını bildiribi.
Qalan sikkələr 2024-cü ildə bankların tələbinə uyğun olaraq kralın sol profili ilə və Kraliça II Yelizavetadan fərqli olaraq digər Britaniya kralları kimi tacsız buraxılacaq.
1966-cı ildə Avstraliyanın onluq pul vahidindən sonra zərb edilən və üzərində Kraliça II Yelizavetanın təsviri olan 15,5 milyard Avstraliya sikkələrinin istifadəsi bundan sonra da davam etdiriləcək.
5 dollarlıq əskinaslarda İngiltərə kralı III Çarlzın portreti yox idi.
İlin əvvəlində Avstraliyanın yeni 5 dollarlıq əskinaslarında İngiltərə kralı III Çarlzın portretinin görünməyəcəyi açıqlanmışdı.