Makronun Belçika Kral Protokolunu pozması tənqid edilib


Fransa prezidenti Emmanuel Makron Belçika kralı Filipin qoluna toxunaraq kral protokolunu pozaraq reaksiyalara səbəb olub.



Ölkə mətbuatında yer alan xəbərə görə, Belçika Kralı Filip dünən Kral Sarayında Avropa Birliyi (AB) sammitinə qatılan liderləri qonaq edib.

Fransa prezidenti Makronun əl sıxma zamanı digər əli ilə Kral Filipin qoluna toxunması ölkə mətbuatında müzakirələrə səbəb olub.

Makronun bu hərəkəti ilə kral protokoluna zidd hərəkət etdiyi bildirilib.

Bəzi sosial media istifadəçiləri "Makron kralın dostu olduğunamı inanır?" sözləri ilə Fransa prezidentinə irad bildirib.

Makron daha əvvəl İngiltərə kralı III Çarlz ilə görüşündə kralın qoluna toxunaraq tənqidlərə səbəb olmuşdu.

Belçika Kral Protokoluna görə krala toxunmaq qadağandır. Əks halda bunu kral ailəsinə hörmətsizlik kimi qiymətləndirmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu