Zelenski Londonda rəsmi səfərdədir


Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyada rəsmi səfərdədir.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, Zelenski Britaniyanın Stansted hava limanına Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə gəlib.
Onu Böyük Britaniyanın baş naziri Rişi Sunak qarşılayıb. Qarşılanma mərasimindən görüntülər britaniyalı siyasətçinin facebook səhifəsində yayılıb.

Sky News-un məlumatına görə, Zelenski Sunakla danışıqlar apdıqdan sonra Britaniya parlamentində çıxış edəcək. Bundan əlavə, Bukingem Sarayı Kral III Çarlzın bu gün günortadan sonra kral iqamətgahında Zelenski ilə görüşəcəyini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu