Zelenski Şunakla G7 əsasında “qırıcı koalisiya”nın yaradılmasını müzakirə etdiyini bildirib


Ukrayna prezidenti Volodimir Zelenski Avropa səfərini başa vurub.


AFN.az xəbər verir ki, Avropa səfəri çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Şunakla görüşən Zelenski əks-hücum üçün “daha ​​çox vaxta ehtiyacı olduğunu” deyib. Rişi Şunak da oxşar şəkildə cavab verərək bildirib ki, Britaniya "tezliklə" Qərb döyüş təyyarələrindən istifadə etmək üçün ukraynalı pilotları öyrətməyə başlayacaq. Zelenski həmçinin deyib ki, o, Rişi ilə G7 əsasında “qırıcı koalisiya” yaradılmasını müzakirə edib.

Britaniyanın baş naziri Rişi Şunak əlavə olaraq bildirib ki, bu gün müzakirə etdikləri mövzulardan biri Ukraynanın özünü müdafiə edə bilməsi və Rusiyanın gələcək təcavüzünün qarşısının alınması üçün uzun müddət ərzində müttəfiq ölkələr arasında həyata keçirməli olduğumuz təhlükəsizlik tədbirləri ilə bağlı idi.

BBC bu günə qədər London tərəfindən Kiyevə ötürülən silahların siyahısını təqdim edib. Bu məsələdə İngiltərə ABŞ-dan bir pillə geri qalaraq ikinci yerdədir. Britaniya Ukraynaya 14 Challenger 2 tankı, 120 zirehli texnika, altı hava hücumundan müdafiə sistemi, qısa mənzilli raketlər, 5000 tank əleyhinə silah, M270 çoxlu buraxılış raket sistemi verib. Zelenskinin səfərindən sonra bu siyahıya pilotsuz hücum təyyarələri və hava hücumundan müdafiə raketləri əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu