Zelenski və Sunak Londonda görüşüb


Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.


AFN.az xəbər verir ki, bu barədə Sunak öz Twitter səhifəsində məlumat verib.

Rişi Sunak Twitter-də Volodimir Zelenski ilə qucaqlaşdığı fotonu paylaşaraq "Xoş gəlmisiniz" sözlərini yazıb. Görüşün təfərrüatları barədə hər hansı məlumat açıqlanmayıb. Zelenski də öz növbəsində hələlik danışıqları şərh etməyib.

Qeyd edək ki, bu gün Volodimir Zelenski Rişi Sunak ilə danışıqlar aparmaq üçün Londona gəldiyini açıqlayıb. Səfər ərəfəsində Böyük Britaniya hökuməti Ukrayna Silahlı Qüvvələrinə 200 km-ə qədər məsafə qət edə bilən yüzlərlə pilotsuz uçan aparatın, habelə ukraynalı pilotlar üçün təlim proqramının çatdırılmasını elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu