Parkda 5 aylıq körpə infarkt keçirdi: anası saxlandı


İngiltərədə əyləncə parkında 5 aylıq körpə infarkt keçirib. 27 yaşlı ana baxımsızlıqda şübhəli bilinərək həbs edilib.


"Legoland Windsor" əyləncə parkında infarkt keçirən körpə xəstəxanaya aparılıb, vəziyyətinin ağır olduğunu açıqlanıb.

27 yaşlı ananın övladına laqeyd münasibətinin bu vəziyyətə səbəb olması ehtimal edilir. O, saxlanılsa da, sonradan zaminə buraxılıb.

Polis hadisə ilə bağlı başqa şübhəlilər axtarmadıqlarını bildirib. Parkdan verilən açıqlamada bildirilir ki, uşağın vəziyyətinin ağırlaşması laqeydlik üzündən baş verib. "O, özünü pis hiss edən kimi bizim tam təlim keçmiş ilk yardım qrupumuz təcili yardım xidmətləri gələnə qədər ilkin yardım göstərdi. Davam edən istintaqda Temza Vadisi Polisinə dəstək verməyə davam edəcəyik" - deyə açıqlamada qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu