İnfarkt keçirən xəstəni xilas etmək istəyərkən özü də infarkt keçirdi


İnfarkt keçirən Daisy Devane üzərində ürək masajı edən tibb işçisi özü infarkt keçirib.



İlk tibbi yardımı bilən Devanın həyat yoldaşı onu həyatda saxlasa da, başqa bir təcili yardım işçisi tibb işçisi Ceremi Uilyamsın köməyinə gəlib.

33 yaşlı Daisy Devane infarkt keçirəndə tibb işçisi Ceremi Uilyams ürək masajı ilə onu yaşatmağa çalışıb. Həmin an Uilyams da infarkt keçirib və huşunu itirib. Devane ilə birlikdə olan əri Eammon ürək masajını davam etdirib. Digər təcili yardım qrupu isə tibb işçisi Uilyams üçün göndərilib.

Təcili olaraq xəstəxanaya aparılan 55 yaşlı Uilyamsın ürəyinə iki stent qoyulub. Uilyams həyata qayıdanda müdaxilə etdiyi Devanın da sağ olduğunu öyrənincə çox sevinib.

Bu hadisə 2022-ci ilin iyununda baş verib. İkisi bir müddət sonra yenidən bir araya gəlib və ilk tibbi yardımı öyrənməyin nə qədər vacib olduğunu xəbərdar ediblər.

Mənbə: Daily Mail



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu