LeBron Ceymsin oğlu məşq zamanı infarkt keçirdi


NBA-nın əfsanəvi basketbolçusu LeBron James oğlundan gələn xəbərlə sarsılıb. Ulduz oyunçunun 18 yaşlı oğlu Bronni Ceymsin infarkt keçirdiyi öyrənilib.


NBA və basketbol tarixinin ən böyük adlarından biri olan LeBron Ceyms oğlundan gələn xəbərdən şoka düşüb.

The Athletic-in xəbərinə görə NBA ulduzunun 18 yaşlı oğlu Bronni Ceyms məşq zamanı infarkt keçirib. Bildirilib ki, Bronni Ceyms reanimasiya şöbəsində aparılan uğurlu müdaxilədən sonra reanimasiyadan çıxarılıb və vəziyyəti stabildir.

Həmçinin vurğulanıb ki, LeBron James və həyat yoldaşı Savannah hadisədən sonra fövqəladə vəziyyətə müdaxilə edən tibb qruplarına ürəkdən təşəkkür ediblər.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu