Xalq artisti infarkt keçirdi
Pravda.az xəbər verir ki, səhhəti qəfil pisləşən sənətkar açıq ürək əməliyyatı keçirib. Faktı sənətkarın ailəsindən təsdiq ediblər. Bildirilib ki, o, hazırda danışa bilmir:
"Mart ayının 10-da Azər müəllim infarkt keçirmişdi. Həkimlər onun həyatını xilas etmək üçün ürəyinin bir damarəna stent qoydular. Sonradan məsləhət olundu ki, üç ay sonra əməliyyat edilsin. Aprelin 2-də Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirdi".