Londonun miqrasiya siyasəti fəlakətə aparır - sabiq məmur


Londonun hazırkı miqrasiya siyasəti ölkəni fəlakətə sürükləyir.


"RİA Novosti" xəbər verir ki, bunu Böyük Britaniya Daxili İşlər Nazirliyinin keçmiş müavini Robert Cenrik deyib.

O, xəbərdarlıq edib ki, cəmiyyət bu qədər böyük sayda miqrantı inteqrasiya edə bilməyəcək. Keçmiş müavinin sözlərinə görə, Avropadakı partiyalar seçicilərin narahatlıqlarını dinləməyə başlamalı və ya seçki məntəqələrində onların "qəzəblərini" hiss etməyə hazır olmalıdırlar.

Cenrik Daxili İşlər Nazirliyinin rəis müavini vəzifəsində çalışıb və immiqrasiya məsələlərinə cavabdeh olub. Lakin hökumətin qeyri-qanuni miqrantlarla bağlı siyasətini kifayət qədər sərt olmadığını səbəb göstərərək istefa verib.

2023-cü ildə Britaniyaya rekord sayda miqrant gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu