Bloomberg: "Britaniyaya rekord sayda miqrant gəlir"


Baş nazir Rishi Sunakın iddialarına baxmayaraq, 2023-cü ildə Britaniyaya rekord sayda miqrant gəlib.



Bu barədə Bloomberg Britaniya Milli Statistika İdarəsinin məlumatlarına istinadən yazır.

Rəqəmlər gələn il gözlənilən ümumi seçkilər öncəsi Sunak üçün çətin olacaq. Onun Mühafizəkarlar Partiyası Böyük Britaniyaya gələn xarici vətəndaşların sayına qarşı sərt tədbirlər görəcəyini vəd edib.

Britaniya mühafizəkarlarının siyasi kursuna baxmayaraq, Böyük Britaniyada kadr çatışmazlığı var. Əmək bazarındakı böhran iqtisadi durğunluğu təhdid edir və bu, hökuməti kompromislərə getməyə və xaricdən işçi qüvvəsi cəlb etməyə məcbur edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu