Beş gün ərzində ABŞ-a 50 min qanunsuz miqrant daxil olub


Ötən həftənin beş günü ərzində ABŞ-a 50 min qanunsuz miqrant daxil olub.


Bu barədə CBS hökumətin məlumatlarına istinadən xəbər verir.

Məsələn, ABŞ-a gün ərzində sərhədyanı Del Rio (Texas) şəhəri vasitəsilə rekord sayda 6,4 min miqrant daxil olub.

Daha 1,5 min miqrant mobil proqram vasitəsilə sərhəd məntəqələrində qəbulu gözləyir.

CBS qeyd edir ki, davam edən qaçqın axını həm sərhədyanı əyalətlərə, həm də ölkə daxilində miqrantları qəbul edən ştatlara böyük gərginlik yaradır.

Qaçqın axınının öhdəsindən gələ bilməməsi Co Baydenin rəhbərlik etdiyi indiki Ağ Ev administrasiyasının tənqidinə səbəb olub. Seçkiqabağı ildə Respublikaçı müxalifət demokratları sərhəddəki uğursuzluqlara görə hesab verməyə məcbur edir, eyni zamanda Ukraynaya yardımla bağlı səsverməyə mane olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu