Antiloplar üçün açılan qapı immiqrantlar üçün keçid oldu
ABŞ-da nəsli kəsilməkdə olan antilopların keçməsi üçün açıq qalan bənd qapıları ölkəyə qeyri-qanuni giriş nöqtələrinə çevrilib. Hər gün minlərlə qeyri-qanuni miqrant bu yolla ABŞ-a daxil olur.
ABŞ-da musson yağışlarının törətdiyi daşqını çıxarmaq və nəsli kəsilməkdə olan antilopları keçirmək üçün bənd qapıları açıq qalıb.
Minlərlə qeyri-qanuni miqrant ölkəyə qanunsuz daxil olmaq məqsədilə bu qapaqlardan istifadə etməyə başlayıb.
Meksika ilə sərhəddə yerləşən Arizona ştatında təxminən 2 ay əvvəl 114 bənd açılıb.
Ölkə mətbuatında çıxan xəbərlərə görə, ötən ay bu məntəqələrdən ölkəyə qeyri-qanuni yollarla 42 mindən çox qeyri-qanuni miqrant daxil olub.
Arizona ABŞ-a qeyri-qanuni keçidlərin ən sıx olduğu əyalət hesab olunur.