Ruslar kütləvi Meksikaya qaçır


On minlərlə Rusiya vətəndaşı Meksika ilə ABŞ arasındakı sərhədi qanunsuz keçməyə çalışır.


AFN.az-ın məlumatına görə, rusiyalılar Meksikaya daxil olmaq üçün viza almaqdan daha tez-tez imtina cavabı almağa başlayıb. Bütün bunlar ABŞ-Meksika sərhədini qeyri-qanuni keçmək cəhdlərinin artması ilə bağlıdır. Bu barədə Rusiyanın Meksikadakı səfirliyinin nümayəndəsi Andrey Troyanovski TASS agentliyinə açıqlamasında bildirib .
Qeyd edilir ki, bir müddət əvvəl Meksikanın sərhəd xidməti bir sıra ölkələrin vətəndaşlarını, xüsusilə də rusları ölkəyə buraxmaqdan imtina etməyə başlayıb.
“Biz ölkəyə girişdən imtina hallarında müəyyən artım müşahidə edirik. Lakin Rusiyadan və postsovet məkanından gələn turistlərə bu qədər diqqət yetirilməsi bu ölkələrdən qeyri-qanuni miqrant axınının artması ilə əlaqədardır. Onlar Meksikadan Birləşmiş Ştatlara giriş üçün tranzit zona kimi istifadə edirlər"-deyə Troyanovski bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu