Britaniya hökuməti qeyri-qanuni mühacirlərin işə götürülməsinə görə cəzaları artırır
Britaniya hökuməti qeyri-qanuni mühacirləri işə götürən işəgötürənlərə və mülklərini immiqrantlara icarəyə verən ev sahiblərinə tətbiq etdiyi cərimələri üç dəfədən çox artırmaq qərarına gəlib.
Ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında bu dəyişikliyin 2014-cü ildən bəri cərimələrdəki ən böyük artım olduğu bildirilib.
Ev sahibləri üçün ilk qayda pozuntusuna görə cərimələrin 80 funt sterlinqdən 1000 sterlinqə, kirayəçi üçün isə 5 min funt sterlinqdən 10 min sterlinqə yüksəldilməsinə qərar verildiyi vurğulanaraq, pozuntuların təkrarlanması halında cərimənin daha da artacağı xəbərdarlığı edilib.
Açıqlamada qeyd edilib ki, cərimələrdə sözügedən dəyişiklik gələn ilin əvvəlindən qüvvəyə minəcək.
Britaniya hökuməti ötən ay təsdiqlənmiş Qeyri-qanuni İmmiqrasiya Aktı çərçivəsində ölkəyə gələn qeyri-qanuni miqrantları 28 gün ərzində deportasiya etməyi planlaşdırır.
Mühacirləri təhlükəsiz olduğu təqdirdə gəldikləri ölkələrə və ya Ruanda kimi təhlükəsiz hesab edilən üçüncü ölkələrə göndərməyi planlaşdıran İngiltərə, ölkəyə qeyri-qanuni yollarla daxil olanlara sığınacaq müraciət etmək hüququ verməyəcək.