Böyük Britaniya qaçqınlara Ruandaya getmək üçün pul təklif etməyi planlaşdırır


Britaniya Ruandaya getmək üçün sığınacaq müraciətləri rədd edilən insanlara 3000 funt-sterlinqə qədər pul təklif etməyi planlaşdırır.



Artıq ölkədə sığınacaq müraciətləri rədd edilən insanların öz ölkələrinə könüllü qayıtmaq üçün pul aldıqları sistem mövcuddur.

Yeni proqram ölkələrinə qayıda bilməyən insanları hədəfləyir.

İngiltərə hökuməti bir müddətdir ki, ölkəyə qeyri-qanuni yollarla gələn sığınacaq axtaranların müraciətləri qiymətləndirilərkən Ruandada qalması üçün başqa bir təşəbbüs həyata keçirməyə çalışır.

Bu təşəbbüs parlament tərəfindən təsdiqlənməlidir.

BBC-yə açıqlama verən hökumət mənbələri bildiriblər ki, bu yeni plan könüllülük əsasına əsaslandığı üçün parlamentdəki qanun layihəsindən müstəqildir.

"Keçən il 19,000 adam ölkəni könüllü tərk etdi, bu, qeyri-qanuni immiqrasiya ilə mübarizəyə verdiyimiz əhəmiyyəti nümayiş etdirir" deyə Daxili İşlər Nazirliyinin sözçüsü bildirib.

“Ölkəmizdə olmaq hüququ olmayan insanların könüllü olaraq Ruandaya getməsi üçün araşdırma aparırıq. Ruanda Böyük Britaniyada olmaq hüququ olmayan insanlara yeni həyat qurmaq şansı verməyə hazırdır."

Plana görə, sığınacaq müraciətləri rədd edilənlərin İngiltərədəki vəziyyətlərindən fərqli olaraq Ruandada işləmək icazəsi olacaq və Ruandadan da əlavə dəstək alacaqlar.

Digər tərəfdən, bu planın nə vaxt həyata keçiriləcəyi və bundan nə qədər insanın faydalanacağı bəlli deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu