Böyük Britaniyada 133 mindən çox insan sığınacaq üçün müraciət edib


İngiltərədə 133 mindən çox insanın sığınacaq üçün müraciətinin cavabını gözlədiyi və bu halın ölkə büdcəsinə illik 3,6 milyard funt-sterlinqə başa gəldiyi açıqlanıb.


İctimai Siyasət Araşdırma İnstitutunun (IPPR) hazırladığı hesabatda İngiltərədəki sığınacaq müraciət sistemində həllini gözləyən 130 mindən çox müraciətin qalıcı problemə çevrilmə təhlükəsi ilə üzləşdiyi ortaya çıxıb.

Müraciət yekunlaşana qədər sığınacaq və maddi yardım alan sığınacaq axtaranların ölkə iqtisadiyyatına xərcinin 3,6 milyard funt olduğu bildirilən hesabatda, ölkəyə qeyri-qanuni yollarla daxil olanların sayının daha çox olduğu vurğulanıb. Bildirilib ki, bu rəqəm 2018-ci ildə 299, 2022-ci ildə 45 minə yüksəlib.

Hesabatda həmçinin qeyd olunub ki, mart ayı etibarilə ölkədə 1591 nəfər geri qaytarma mərkəzlərində saxlanılıb və bu şəxslərin gündəlik xərci 113 funt sterlinq olub.

Sığınacaq axtaranların bir hissəsinin dövlət tərəfindən otellərə yerləşdirildiyi də ifadə edilən hesabatda təkcə otellərə xərclənən pulun 2,3 milyard funt olduğu bildirilib.

Sığınacaq axtaran şəxsin otelə yerləşdirilməsinin qiyməti gündə 90 funt olaraq açıqlanıb.

Hesabatda iyul ayında qüvvəyə minən Qeyri-qanuni İmmiqrasiya Qanununa əsasən 28 gün ərzində deportasiya riskləri də yer alıb.

Qeyri-qanuni mühacirlərin deportasiya qorxusundan qanuni yollara əl atmadan ölkədə qalmaq üçün yollar axtardıqları vurğulanan hesabatda bu vəziyyətin istismara və yoxsulluğa səbəb olacağı vurğulanıb.

Ölkəyə qohumu olmadan daxil olan 18 yaşından kiçik qeyri-qanuni mühacirlərin sayının 34 faiz artımla 5570-ə çatdığına diqqət çəkən hesabatda bu uşaqların yerli idarələr tərəfindən qorunduğu və bunun ölkənin yükünü artırdığı xatırladılıb.

Hesabatda həmçinin Qeyri-qanuni İmmiqrasiya Qanununun hökumətə 18 yaşından kiçik qeyri-qanuni immiqrantları 18 yaşından sonra deportasiya etmək hüququ verdiyi ifadə edilərək, bu vəziyyətin yerli rəhbərliklər üçün maddi və mənəvi çətinliklərə səbəb olacağı vurğulanıb.

Məlumata görə, 2022-ci ildə İngiltərədən könüllü olaraq ölkələrinə qayıdanların sayı 2 min nəfər olub.

İngiltərə öz ölkəsindəki müharibə və məhkəmə prosesləri səbəbindən üçüncü ölkələrə cəmi 12 qeyri-qanuni miqrant göndərib.

Hesabata deportasiya prosedurları ilə bağlı xərclər də daxil edilib. Müvafiq olaraq, bir şəxsin ədliyyə və ya təhlükəsizlik işçilərinin müşayiəti ilə deportasiya dəyəri 22 min funt, saxlama və çıxarma mərkəzində saxlanma xərcləri isə ildə 7 min lfunt təşkil edir.

Bildirilib ki, deportasiya edilən şəxs öz ölkəsindən başqa bir ölkəyə göndərilibsə, bu xərcə üçüncü ölkəyə ödənilən 105 min funt-sterlinq xərc əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu