İctimai yerdə dini ayin keçirənlər həbs edildi - FOTO


Bir qrup şəxsin Xəzər rayonu ərazisində nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AFN.az-a bildirilib ki, qanunsuz hərəkətlərlə bağlı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat tədbiri zamanı qeyd edilən hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova, 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və adları çəkilən 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu