Tramp administrasiyası paytaxt polisinin səlahiyyətlərini geri qaytardı


ABŞ Prezidenti Donald Tramp administrasiyası paytaxt Vaşinqtonun idarəsinin yenidən şəhər polisinin nəzarətinə verilməsinə icazə verib.

Vaşinqton DC polis idarəsinin nəzarətini öz üzərinə götürmək barədə qərar verən Tramp administrasiyası şəhər rəhbərliyinin məhkəməyə müraciət etməsindən sonra bu qərardan qismən geri çəkilib.

Ədliyyə naziri Pam Bondi bu gün görülən adı çəkilən məhkəmə prosesindən sonra bölgə polisinə federal miqrasiya tətbiqləri ilə əməkdaşlıq etmələri barədə göstəriş verib.

ABŞ mediası daha əvvəl paytaxt polis idarəsinin federal hökumətin tam nəzarəti altına alınması barədə göstəriş verən Bondinin bu yeni göstərişini “qismən geri addım” kimi qiymətləndirib.

Bu arada, dairə hakimi Ana Reyes bu gün keçirilən məhkəmə iclasında tərəflərdən razılığa gəlmələrini tələb edib və əks təqdirdə ABŞ administrasiyasının yeni bir rəis təyin etməsini müvəqqəti olaraq dayandıran məhkəmə qərarı çıxaracağını bildirib.

Mer Muriel Bouserin ofisindən verilən açıqlamada isə miqrasiya tətbiqlərinə dair Ədliyyə naziri Bondinin yeni göstərişinə necə uyğunlaşacaqları ilə bağlı dəyərləndirmələrin davam etdiyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu