Danimarkada sərnişin qatarı relsdən çıxdı: ölən və yaralılar var

Danimarkanın Tinglev və Kliplev qəsəbələri arasında sərnişin qatarının relsdən çıxması nəticəsində çox sayda şəxsin yaralandığı bildirilib.
Milli mətbuatda yayılan məlumatlara görə, paytaxt Kopenhagendən Sonderborqa gedən sərnişin qatarı Tinglev və Kliplev arasında relsdən çıxıb.
Polis qəzadan sonra 1 nəfərin öldüyünü, çox sayda şəxsin yaralandığını, lakin hazırda dəqiq sayın açıqlana bilmədiyini bildirib.
Almaniyadan təcili tibbi yardım maşınlarının hadisə yerinə gəlməsi, həmçinin axtarış-xilasetmə işlərinə itlər və dronların cəlb olunduğu qeyd edilib.
Hadisə yerindən yayımlanan görüntülərdə qəzaya bəzi nəqliyyat vasitələrinin də qarışdığı görünür.