Rusiyada sərnişin qatarının relsdən çıxması nəticəsində 140-a yaxın insan xəsarət alıb
Rusiyanın Volqoqrad vilayətində hərəkət edən sərnişin qatarının yük maşınına çırpılaraq relsdən çıxması nəticəsində təxminən 140 nəfərin xəsarət aldığı bildirilib.
Rusiya Dəmir Yolları şirkətindən verilən yazılı açıqlamada Kazandan Adler bölgəsinə gedən sərnişin qatarının Volqoqradda qəzaya uğradığı bildirilib.
Açıqlamada qatarın yük maşınına çırpılması nəticəsində relsdən çıxdığı, təxminən 140 nəfərin yaralandığı, 16 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Rusiya İstintaq Komitəsi qəza ilə bağlı araşdırmaya başladığını bildirib.