BMT: Böyük Britaniyanın qeyri-qanuni immiqrasiya ilə bağlı qanun layihəsi beynəlxalq hüquqa ziddir


Birləşmiş Millətlər Təşkilatı (BMT) Britaniya parlamenti tərəfindən qəbul edilən mübahisəli "Qeyri-qanuni İmmiqrasiya qanunu"nun ölkənin beynəlxalq insan haqları və qaçqınlar hüququ ilə bağlı öhdəliklərinə zidd olduğunu bildirib.


AFN.az xəbər verir ki, qəbul edilən qanun layihəsinin zülmə məruz qalmadıqları ölkələrdən nizamsız olaraq gələn sığınacaq axtaranların İngiltərəyə müraciət etmələrini qadağan etdiyini ifadə edən açıqlamaya görə, qaçqınların müdafiə və ya insan hüquqları ilə bağlı digər tələbləri də əngəllənir.

"Qanun layihəsi təqib riski altında olub-olmamasından, insan hüquqlarının pozulmasından və ya beynəlxalq insan haqları və humanitar hüquq çərçivəsində digər əsaslandırılmış iddialarından asılı olmayaraq, qaçqın kateqoriyasına daxil olan hər kəsin Böyük Britaniyada müdafiəyə çıxışını rədd edir" - deyə bəyanatda deyilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Flippo Qrandi və İnsan Haqları üzrə Ali Komissar Volker Türk xəbərdarlıq ediblər ki, qanun layihəsi ölkənin beynəlxalq insan haqları və qaçqınlar hüququndan irəli gələn öhdəliklərinə ziddir və beynəlxalq müdafiəyə ehtiyacı olanlar üçün ağır nəticələrə səbəb olacaq.

Böyük Britaniyanın illərdir beynəlxalq öhdəliklərinə uyğun olaraq ehtiyacı olanları qəbul etdiyini qeyd edən Qrandi, "Bu yeni qanun layihəsi çox sayda qaçqını qoruyan və beynəlxalq hüququ pozaraq qaçqınları ciddi risklərə məruz qoyan hüquqi çərçivəni əhəmiyyətli dərəcədə aşır" - deyə şərh verib.

Volker Türk deportasiya prosedurlarının bu şərtlər altında həyata keçirilməsinin geri qaytarma və kütləvi deportasiya qadağalarına, mühakimə hüququna, ailə və şəxsi həyat hüququna zidd olduğunu bildirib.

Qanun layihəsinin beynəlxalq baxımdan çox ciddi hüquqi narahatlıqlar doğurduğunu qeyd edən Türk, "Bunu nümunə götürmək digər ölkələr, o cümlədən Avropa ölkələri üçün cəlbedici ola bilər. Qanun layihəsi sığınacaqla bağlı öhdəliklərin aradan qaldırılması üçün həyəcan vericidir. bütün beynəlxalq qaçqınlar və insan hüquqlarının müdafiəsi sisteminə potensial olaraq mənfi təsir göstərə bilər və nümunə göstərir" - deyə vurğulayıb.

Türk Britaniya hökumətini bu qanun layihəsinə yenidən baxmağa, eləcə də qaçqın və sığınacaq axtaranların hüquqlarına hörmət və mühafizə etməyə çağırıb.

Qeyd edək ki, Böyük Britaniyada təklif edilən yeni qanun layihəsinə görə, saxlanılan qeyri-qanuni miqrantlar məhkəmə araşdırması aparılmadan 28 gün ərzində öz ölkələrinə və ya Ruanda kimi təhlükəsiz hesab edilən üçüncü ölkələrə deportasiya ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu