Makron: ABŞ-ın Kiyevə təhlükəsizlik təminatı verməyə hazır olması irəliləyişdir


ABŞ lideri Donald Trampın administrasiyası Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyə hazır olduğunu bildirib.

AFN.az xəbər verir ki, bunu "NBC News"a müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

"Düşünürəm ki, son bir neçə gündə mühüm irəliləyiş ondan ibarət olub ki, prezident Tramp ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etmək üçün açıq öhdəliyini ifadə edib" - deyə Makron bildirib. Onun fikrincə, bu cür təminatlar münaqişənin həlli ilə bağlı Ukrayna və Avropa üçün istənilən razılaşmanın mühüm komponentidir. "Beləliklə, son bir neçə gündə mühüm irəliləyiş ABŞ-ın indi bu işdə iştirak etməyə hazır olması oldu", - deyə Fransa prezidenti əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu