Ukrayna üzrə koalisiya bu gün videokonfrans keçirəcək


Almaniya kansleri Fridrix Merz bildirib ki, avqustun 19-da Ukrayna üzrə istəklilər koalisiyasının videokonfransı keçiriləcək.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Merz ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evdə söhbətin çox yaxşı keçdiyini bildirib. "Söhbət həm də çox rahat bir atmosferdə keçdi. Biz yaxın günlərdə və həftələrdə sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldik, həmçinin bir-birimizlə növbəti görüşləri planlaşdıracağıq. Birincisi, sabah 'istəklilər koalisiyası'nın videokonfransı olacaq. Bu, ümumilikdə 32 dövlətdir ki, Ukraynaya əlavə yardım göstərməyə hazırdır", - deyə Almaniya kansleri bazar ertəsi Ağ Evdəki danışıqlardan sonra jurnalistlərə bildirib.

Daha sonra saat 13:00-da (Bakı vaxtı ilə 15:00) Avropa Şurasının xüsusi iclası keçiriləcək. İclasda Avropa və Aİ-dən olan iştirakçılar müzakirələrin gedişi barədə məlumat verəcəklər.

Almaniya kansleri qeyd edib ki, avropalılar son bir neçə gündə Vaşinqtondakı görüşə hazırlaşmağa xeyli vaxt sərf ediblər. "Gizlətmək istəmirəm ki, bu gün hər şeyin məhz belə gedəcəyinə əmin deyildim. Hər şey başqa cür də ola bilərdi. Bununla belə, mənim bugünkü görüşdən gözləntilərim nəinki özünü doğrultdu, həm də özünü aşdı", - deyə Merz qeyd edib.

O, əlavə edib ki, iştirakçılar Ağ Evdə təxminən beş saat vaxt keçiriblər: "Bu, bir sıra görüşlər idi. Artıq başlanmış bu təşəbbüsü uğurlu nəticəyə çatdırmaq üçün yaxın günlərdə və həftələrdə çox sıx əlaqə saxlamağa razılaşdıq. Qarşıdakı günlərdə və həftələrdə hələ çox iş görməliyik, lakin biz bunu həyata keçirmək əzmindəyik".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu