Şuşa həbsxanası ilə bağlı rəsmi AÇIQLAMA


XIX əsrin ortalarında inşa edilmiş Şuşa həbsxanası tarixi əhəmiyyətə malik tikililərdən biridir. İşğal dövründə bu məkan erməni silahlı birləşmələri tərəfindən müxtəlif məqsədlərlə istifadə olunub.

Modern.az xəbər verir ki, Şuşa həbsxanasının gələcəkdə hansı istiqamətdə istifadəsi ilə bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə sorğu ünvanlanıb.

Qoruq İdarəsindən bildirilib ki, hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə həmin kompleksdə İşğal Muzeyinin yaradılması layihəsi hazırlanır. Layihə mərhələsində binanın tarixi və memarlıq xüsusiyyətləri qorunaraq bərpa edilməsi və müasir muzey formatında gələcək nəsillərə təqdim olunması nəzərdə tutulur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu