Tramp Ukraynadakı münaqişəni həll edə bilsə, cənnətə gedəcəyinə ümid edir


ABŞ prezidenti Donald Tramp öləndən sonra cənnətə getmək istədiyini və Ukraynadakı münaqişəyə son qoymaq səylərinin buna kömək edəcəyinə ümid etdiyini bildirib.

AFN.az xəbər verir ki, o bu barədə "Fox News"a danışıb. Tramp qeyd edib: "Mən Ukraynadakı münaqişənin dayandırılmasını istəyirəm. Orada ölən Amerika əsgərləri yoxdur, əsasən ruslar və ukraynalılardır. Hər həftə 7000 insanın öldürülməsini dayandıra bilsəm, düşünürəm ki, bu, əla olar."

Tramp əlavə edib ki, cənnətə düşməyi ümid edir, baxmayaraq ki, özünə cənnətdə yer təmin etməkdə çox da yaxşı deyil: “Amma əgər buna nail ola bilsəm, Ukraynadakı konfliktin həlli bunun səbəblərindən biri olacaq”.

ABŞ prezidenti vurğulayıb ki, o, artıq Hindistan və Pakistan arasındakı münaqişədə axan qanı dayandırmağa nail olub. "Düşünürəm ki, Hindistan və Pakistanla bağlı vəziyyətdə çoxlu sayda insanı xilas edə bildim, onlar müharibə etməyə hazırlaşırdılar, təyyarələri vururdular. Mən buna icazə versəydim, yəqin ki, nüvə müharibəsi ola bilərdi. Mən hər iki tərəflə danışıqlar apardım və onlara döyüş gedənə qədər onlarla ticarət müqaviləsi bağlamayacağımı söylədim", - deyə Tramp əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu