Donald Tramp: Rusiya və Ukrayna məni məyus edir

Rusiya və Ukrayna məni məyus edir. Onlar hələ münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəlməyiblər.
AFN.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Mən Rusiyadan çox məyusam. Amma eyni zamanda Ukraynadan da məyusam. Çünki düşünürəm ki, razılaşmalar əldə etmək mümkün idi,” – deyə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Qan tökülməsinin qarşısını almaq üçün buna nail olmaq çox vacibdir,” – deyə o, qeyd edib.