Tramp: Zelenski nadir torpaqlar sazişindən geri çəkilməyə çalışır

ABŞ prezidenti Donald Tramp Zelenskinin nadir torpaq elementləri ilə bağlı razılaşmadan geri çəkilməyə çalışdığını iddia edib.
ABŞ prezidenti Tramp Floridadan Vaşinqtona qayıdan təyyarədə mətbuat mənsubları ilə Rusiya-Ukrayna gündəmini dəyərləndirib.
Tramp Ukrayna prezidenti Zelenskinin nadir torpaq elementləri sazişindən geri çəkilməyə çalışdığını və bundan məmnun olmadığını vurğulayıb:
"Mən Zelenskinin nadir torpaqlar sazişindən geri çəkilməyə çalışdığını görürəm. Bunu etsə, problemlər olacaq".
Rusiya və Ukrayna liderləri arasında böyük nifrət gördüyünü ifadə edən Tramp, hər iki tərəflə indiyədək yaxşı irəliləyiş əldə etdiklərini bildirib.
Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin yaxşı olduğunu deyən Tramp "Putinin sözünün üstündən dönəcəyini düşünmürəm. Onu çoxdan tanıyıram. Son bir-iki gündə Zelenski haqqında söylədiyi bəzi sözlər məni məyus etdi. Xoşuna gəlsə-gəlməsə də onunla razılaşma əldə etməlidi. Ona görə də onun sözlərindən məmnun deyildim. Amma yenə də yaxşı olacağını düşünürəm" deyib.
Tramp "Putinin atəşkəslə razılaşması üçün son tarix varmı?" sualına "Bu, psixoloji son tarixdir. Bizi aldatdıqlarını düşünsəm, razı olmaram, amma indi elə etdiklərini düşünmürəm. Düşünürəm ki, o, razılaşmaq istəyir" cavabını verib.