Zelenskinin fevralın 28-də ABŞ-a gedəcəyi bildirilir


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Vladimir Zelenskinin Ukraynanın nadir torpaq elementləri ilə bağlı müqavilə imzalamaq üçün fevralın 28-də Vaşinqtona gələ biləcəyini deyib.


AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Eşitdim ki, Zelenski cümə günü gələcək, təbii ki, istəsə, etiraz etmirəm. Biz Ukraynaya verdiyimiz pulu qaytarmaq istəyirik", - deyə Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində vurğulayıb. Trampın sözlərinə görə, Zelenski onunla Ukraynanın nadir torpaq elementləri ilə bağlı müqavilə imzalamaq istəyər.

"Reuters" də öz mənbələrinə istinadən Zelenskinin fevralın 28-də Vaşinqtonda Trampla görüşməyi planlaşdırdığını yazıb. Bildirilir ki, Zelenski və Tramp şərtləri rəsmilər tərəfindən razılaşdırılan faydalı qazıntıların çıxarılmasına dair saziş layihəsini müzakirə edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu