Yeni saziş Ukraynanın təhlükəsizliyinə zəmanət vermir - KİV


Birləşmiş Ştatlar və Ukrayna Vaşinqtona Kiyevin təbii sərvət gəlirlərindən pay verməyi nəzərdə tutan müqavilənin imzalanmasına yaxındır, lakin bu, Ukraynanın təhlükəsizliyinə zəmanət vermir.


AFN.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Bildirilir ki, müzakirə edilən sazişin yeni variantında Ukrayna üçün əvvəlki layihələrlə müqayisədə daha əlverişli şərtlər var, lakin Kiyevin tələb etdiyi təhlükəsizlik zəmanətləri daxil deyil. Qəzet Ağ Ev rəsmilərinə istinadən qeyd edir ki, Ukrayna ilə bu iqtisadi razılaşma Rusiya ilə münaqişədə gələcək yardıma zəmanət verməyəcək. Nəşrin məlumatına görə, Vladimir Zelenski bu həftə və ya gələn həftə sənədi imzalamaq üçün ABŞ-a gələ bilər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadan nadir torpaq metalları almaqda maraqlı olduğunu açıqlayıb. Ukrayna prezidenti Zelenski isə bildirib ki, təklif olunan versiyada təhlükəsizlik təminatları yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu