Aİ və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb

Avropa İttifaqı və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.
AFN.az TASS-a istinadən xəbər verir ki, sənədi Ukrayna tərəfdən prezident Vladimir Zelenski imzalayıb.
Müqavilə Avropanın paytaxtında keçirilən ikigünlük Aİ sammiti çərçivəsində imzalanıb və onun gündəliyinə, xüsusən də Ukrayna münaqişəsi və bununla bağlı bütün məsələlər daxildir.
Ukrayna prezidenti Vladimir Zelenski imzalanma mərasimi üçün Brüsselə gedib.