Ukrayna ilə nadir metallara dair müqavilənin dəyəri 1 trilyon dollara çata bilər - ABŞ prezidenti


ABŞ-ın Ukrayna ilə nadir metallara dair müqaviləsi 1 trilyon dollar dəyərində ola bilər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

"Bu, çox böyük sövdələşmədir. Bu, 1 trilyon dollarlıq sövdələşmə ola bilər", - Amerika lideri Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları ilə bağlı razılaşmadan danışarkən vurğulayıb.

“Biz Ukraynaya yardıma 350 milyard dollar xərcləmişik. Avropa onların pullarını geri alacaq, çünki onlar bunu kredit kimi göndəriblər. Biz isə onlara 300 və ya 350 milyard vermişik. Çox güman ki, bu məbləğ daha çoxdur. Biz hər şeyi düzəltməliyik, amma indi amerikalı vergi ödəyicisi pullarını geri alacaq”, - ABŞ prezidenti bildirib.

Tramp qeyd edib ki, Zelenski müqaviləni imzalamaq üçün fevralın 28-də Vaşinqtona getməyi planlaşdırır. Onun sözlərinə görə, müqaviləyə ABŞ-ın hərbi yardımı müqabilində Ukraynanın qrafit, uran, titan və litium kimi nadir torpaq mineralları daxil olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu