Zelenski Trampın 500 milyard dolları ABŞ-a qaytarmaq tələbinə cavab verib


ABŞ prezidenti Donald Trampın Ukraynadan ona xərclənən 500 milyard dolları geri qaytarması tələbi ciddi söhbət deyil.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna və ABŞ-ın maliyyə yardımı ilə bağlı rəqəmləri tamamilə fərqlidir. "Hərbi əməliyyatlar Ukraynaya 320 milyard dollara başa gəlib və bunun 120 milyard dollarını ölkə büdcəsindən xərcləyib. ABŞ və Avropa İttifaqı silah yardımına 200 milyard dollar xərcləyib" - deyə Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, ABŞ ümumilikdə respublikaya 67 milyard dollardan çox silah və büdcəyə 31,5 milyard dollar birbaşa yardım verib. O, ABŞ-a 500 milyard dolların qaytarılması tələbinin “ciddi söhbət olmadığı”nı deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu